Nəticə

"Yol hərəkəti qaydalarına əməl edək" layihəsi zamanı keçirdiyimiz tədbirdə ən yaxşı yol işarəsi hazırlayan şagirdləri "Təşəkkürnamə" ilə təltif etdik. Yol işarələrini hazirlayıb onlar haqqında məlumatları oxuyarkən nəticəyə gəldik ki, hamının anlaması üçün bu işarələr bütün ölkələrdə eynidir.
 Bu layihə üzərində işləyərkən apardığımız araşdırmalar, əldə etdiyimiz məlumatlar   nəticəsində yol hərəkəti qaydalarına aid çox şey öyrəndik. Layihənin  sonunda belə nəticəyə gəldik ki, yol hərəkəti qaydalarına əməl etmək vacibdir. Bununla insanlar öz həyatlarını qorumaqla yanaşı, həm də başqalarının həyatını qoruyurlar.
Tədbirimiz hamı tərəfindən  bəyənildi. Bu tədbirimizdə  46N-li Məktəbdənkənar Tərbiyə işi Mərkəzində şöbə müdiri olan Fəridə Süleymanova, Dövlət Yol Polisi idarəsinin əməkdaşı İsa Deystani, polis mayoru Kəmalə Ələkbərova da iştirak edirdi. 46N-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən Diplomla təltif olunduq.
Tədbirin sonunda "Super Milky" və "Shokki Mokki" şagirdlərə hədiyyələr təqdim etdi.




Комментариев нет:

Отправить комментарий