Ana səhifə

Müəllim bildirdi ki, biz  "Yol hərəkəti qaydalarına əməl edək" layihəsi üzərində işləyəcəyik. Bizə mövzu haqqında məlumat verdi. BİBÖ cədvəli üzərində işlədik. Sonra müəllim sinfi qruplara böldü. Hər bir qrupa müxtəlif tapşırıqlar verdi. Tapşırıqları yerinə yetirmək, araşdırmalar aparmaq,lazımi məlumatları toplamaq üçün nədən istifadə edəcəyimiz haqqında istiqamət verdi. İnternetden istifadə üçün lazım olan linkləri qeyd etdi.
Bizim qrup " Velosipedçilər" qrupu adlanırdı. Müəllim bizə aşagıdakı tapşırıqları verdi:
1.Yol hərəkəti qaydalarını bilmək bizə nə üçün lazımdır?
2. Layihəyə uygun tədbir hazırla və şagird bloqunda təqdim et.
Müəllim həm də bildirdi ki, layihənin müddəti 4 həftədir.
Biz öz aramızda iş bölgüsü apardıq. Qrupun bəzi üzvləri yol hərəkəti qaydaları haqqında məlumat topladı. Bir neçəsi tərtibat işi ilə məşgul oldu. Bir neçə şagird isə tədbir üçün ssenari hazırladı. Bir şagird isə elan hazırladı. Tədbirə çağıracağımız qonaqları da müəyyənləşdirdik. 
https://www.youtube.com/watch?v=he_13rK9rKA

Комментариев нет:

Отправить комментарий