Araşdırmamız

"Yol hərəkəti qaydalarına əməl edək" layihəsi əsasında tədbir hazırladıq. Qrupun bir üzvü tədbirlə bağlı elan hazırladı.

    Tədbirdə yol hərəkəti qaydalarına aid topladıgımız materialları  məlumat və səhnəciklər formasında təqdim etdik.
  Əvvəlcə  " Yol, yolayrıcı, küçə " haqqinda məlumat verdik. Sonra səhnəcik şəklində piyadanın vəzifələrini göstərdik. Məlumat verdik ki, piyadalar səki ilə, piyada zolaqları ilə, yol çiyinləri ilə hərəkət etməlidirlər. Piyadaların digər vəzifələrini də qeyd etdik.

 

Digər səhnəciyimizdə isə sürücünün vəzifələrinin nə olduğunu nümayiş etdirdik.  




"İşıqforun yaranma tarixi", "Yol nişanlanması" haqqında məlumat verdik.
Başqa bir səhnəcikdə isə velosipedçilər üçün yol hərəkəti qaydalarını göstərdik.
Yol işarələrinin neçə yerə bölündüyünü qeyd etdik:
1. Xəbərdarlıq nişanları
2. Üstünlük nişanları
3. Qadaga nişanları
4.Servis nişanları
5. Məcburi hərəkət istiqamət nişanları
6. Məlumatverici göstərici nişanlar
7. Əlavə məlumat nişanları
Onların hər birini ayrıca araşdırdıq.
"Nəqliyyatda uşaqların daşınması qaydası" , yol hərəkəti qaydalarını pozmaga görə məsuliyyətin növləri haqqında məlumat verdik.


Комментариев нет:

Отправить комментарий